Satılır 8 otaqlı həyət evi/bağ evi 280 m², Xırdalan
Xırdalan şəhərində 7.3 sot sahədə yerləşən bağ ilə birlikdə ikimərtəbəli ev satılır. Evin yanında əlavə ev tikmək üçün 3.5 sot torpaq sahəsi mövcuddur.
Evin ümumi sahəsi 280.0 kv.m, divarları 40 sm kubik daşdan, mərtəbə arası və 2-ci mərtəbənin tavan örtükləri örtük panellərindən və, qapı-pəncərə üstləri d/beton atmalardan, dam örtüyü əla keyfiyyətli metal kirəmitdən, döşəmləri əla növ parketdən ibarətdir. Evin hər iki mərtəbəsində ayrı və ümumi girişlər, hər mərtəbədə ayrı-ayrılıqda mətbəx və hamam-tualet mövcuddur.
Yaşayıs evi tikinti qaydalarına uyqun inşa edilmiş, ev və torpaq sahəsi bütünlüklə xüsusi mülkiyyətdədir və mülkiyyət sənədləri(kupça) var. Ev Nizami küçəsi 16 ünvanda, Masazır dairəsindən Abşeron Rayon Icra Hakimiyyətinə gedən mərkəzi küçənin sol tərəfində, yeni tikimiş 11 saylı məktəbdən 150 m məsafədə yerləşir. Ərazidə torpağın 1 sotunun qiyməti 40-50 min manat arasındadır.
Evin sahibi özüməm.
























































































































